Yaponiyada yeni imperator taxta çıxdı

 21:33 30.04.2019     379

Şahzadə Naruhito Yaponiyanın yeni imperatoru olub.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu hadisə Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib.

Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib.

Rüfət Xəlil /Redaktor.az