Ərdoğandan Donald Trampa XƏBƏRDARLIQ

 23:19 30.04.2019     463

Venesuelaya postmodern müstəmləkə qubernatoru təyin etmək istəyənlər bilməlidir ki, bu ölkənin idarəetməsi yalnız demokratik seçkilərlə müəyyən edilə bilər.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.

“Venesueladakı çevriliş cəhdini qınayırıq. Bütün dünya Venesuelada xalqın demokratik seçiminə hörmət etməlidir”, - deyə Ərdoğan bəyan edib.

Rüfət Xəlil / Redaktor.az