Venesuelada iğtişaşlar zamanı 19 nəfər xəsarət alıb

 00:49 01.05.2019     479

Çərşənbə axşamı Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə qanun keşikçiləri arasında baş vermiş toqquşmalarda azı 19 nəfər xəsarət alıb.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  toqquşmalar daha çox Karakasın Çakao rayonunda  qeydə alınıb.

Yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Karakas və ölkənin digər şəhərlərində bir qrup hərbçinin müxalifət lideri Xuan Quaydonun tərəfinə keçməsindən sonra başlayan anti-hökumət çıxışları davam edir.

Rüfət Xəlil / REDAKTOR.AZ