Donald Tramp Kubaya barmaq silkələdi

 09:29 01.05.2019     484

ABŞ Prezidenti Donald Tramp Kubanı hədəf alan bəyanat verib.

O, ada dövləti ən yüksək səviyyəli sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Redaktor.az "Russia Today" agentliyinə istinadən xəbər verir ki, Tramp Kubanı Venesuelanın daxili işlərinə qarışmaqda ittiham edib.

"Əgər Kuba ordusu və hərbi birlikləri Venesuelada insan ölümlərinə yol açan hərəkətlərindən əl çəkməsə, bu ölkəyə qarşı ən yüksək embarqolar şamil olunacaq",- deyə Tramp Tvitterdə yazıb.

Rüfət Xəlil / Redaktor.az