Paşinyanla Medvedyevin gecə əyləncəsi - Paxlava yedilər, rəqs etdilər...

 09:11 01.05.2019     378

Ermənistanın Baş naziri Nikol Paşinyan və rusiyalı həmkarı Dmitri Medvedyev ötən gün İrəvanda gecə klubuna  baş çəkiblər.

Redaktor.az News.am agentliyinə istinadən xəbər verir ki, axşam saatlarında baş nazirlər "Klub 12" əyləncə mərkəzinə gəliblər. Bu barədə məlumat verən əyləncə mərkəzinin sahibi Narek Manukyan onların çərəz, paxlava sifariş verdiklərini deyib. Hətta Paşinyan və Medvedyev məşhur pop musiqilərindən birinin kaver versiyasının sədaları altında rəqs ediblər.

Klubun sahibi qeyd edib ki, öncədən sürpriz qonaqlar üçün masa sifariş edilməyib, gəlişləri təsadüf olub:

"Klubda onlar təxminən 2 saat əyləndilər. "Proyekt 12" mahnı repertuarı onların çox xoşuna gəldi və hətta rəqs etdilər. Hər şey sadə idi. Onlar rəsmi geyimdə deyildilər".

Rüfət Xəlil / Redaktor.az