Məşhur şirkətlər kiber hücuma MƏRUZ QALIB

 11:58 01.05.2019     438

Almaniyanın “Volkswagen”, “Porsche”,  Fransanın “Airbus” və Yaponiyanın  “Toshiba” şirkətinə məxsus məlumatların saxlanıldığı “Citycomp” bazası kiber hücuma məruz qalıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, hakerlər məlumatların yayılmaması üçün 500 min avro tələb edir.

Hücumu Almaniyadan olan hakerlər təşkil edib. Onlar 516 GB həcmində 51 min sənədi ələ keçirib. Polis hadisə barədə araşdırma aparır.

Anar Türkeş / Redaktor.az