Özünü tibb bacısı kimi təqdim etdi: Əslində isə... - FOTO

 12:34 01.05.2019     405

Türkiyədə qəribə soyğun hadisəsi törədilib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, özünü təcrübəçi tibb bacısı kimi təqdim edən xanım, xəstəxanada silsilə oğurluqlar edib. O, xəstələrin və xəstə yaxınlarının əşylarını oğurlayıb. Polis hadisə barədə araşdırmalara başlayıb. Müşahidə kameralarının lentə aldığı görüntülərə əsasən xanımın kimliyi dəqiqləşdirilir.

Onun digər xəstəxanalarda da oxşar cinayətlər törətdiyi güman edilir.

Anar Türkeş / Redaktor.az