ABŞ və Taliban arasında danışıqların 6-cı turu başladı

 13:59 01.05.2019     422

Qətərin paytaxtı Dohada ABŞ və Taliban qruplaşması arasında danışıqların 6-cı turu başlayıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vaşinqton Əfqanıstanda atəşkəsin tətbiq olunmasına səy göstərir. Taliblər isə amerikalı hərbçilər də daxil olmaqla bütün xarici qüvvələrin ölkədən çıxmasını tələb edir.

Danışıqların neçə gün davam edəcəyi məlum deyil.

Anar Türkeş / Redaktor.az