ŞOK İDDİA: Maduronu devirmək üçün Trampın ƏMRİNİ GÖZLƏYİRLƏR

 14:41 01.05.2019     396

ABŞ-ın özəl təhlükəsizlik şirkəti “Blackwater“ silahlıları Venesuelaya hücum etmək üçün prezident Donald Trampın əmrini gözləyir.

Redaktor.az Röyters agentliyinə istinadən xəbər verir ki, təşkilatın rəhbəri Erik Prins dövlət başçısı Nikolas Maduronu devirmək "Ağ ev" rəhbərinə üçün xüsusi təyinatlıların köməyini təklif edib.

Qeyd edək ki, "Blackwater" İraq müharibəsi zamanı dinc sakinlərə qarşı törədilən qətliamlarla gündəmə gəlib.

Anar Türkeş / Redaktor.az