Putin qalmaqallı sənədi İMZALADI: Kimlər Rusiya vətəndaşı ola bilər?

 17:42 01.05.2019     675

Bundan sonra ukraynalılar Rusiya vətəndaşlığını qəbul edə biləcək.

Redaktor.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin fərman imzalayıb. Kremlin məlumatında deyilir:

“Kırım və Sevastopolda anadan olan, həmçinin 18 mart 2014-ci ilə qədər bu bölgələri tərk edən Ukrayna vətəndaşları, o cümlədən, onların doğma və ögey övladları, ailə üzvləri  bu hüquqa sahib ola bilər”.

Məlumata görə, bu hüquqdan SSR-i dövründə ölkə ərazisində anadan olan Əfqanıstan, İraq, Yəmən və Suriya vətəndaşları da faydalana bilər.

Qeyd edək ki, bu qərar Ukraynanın sərt narazılığına səbəb olub.

Anar Türkeş / Redaktor.az