"İrana qarşı müharibə bütün region üçün baha başa gələcək" - Generaldan ABŞ-a cavab

 21:33 01.05.2019     516

İrana qarşı müharibə bütün regiona baha başa gələcək.

Redaktor.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hətəm Əl-Ənbiyə deyib.

"Biz gözləyirik ki, regionun digər dövlətləri ABŞ və yahudilərin siyasətinə uymayacaqlar. Onların siyasəti bölgədə gərginlik və müharibəyə yol aça bilər. bu müharibə isə regiondakı bütün xalqların ziyanına işləyər"-, deyə general qeyd edib.

Sonda Əl-Ənbiyə İranı təhdid edən istənilən təhlükəyə cavab verəcəklərini də sözlərinə əlavə edib.

Rüfət Xəlil / Redaktor.az