Şimal dənizində neft platformasında güclü yanğın baş verib

 22:07 01.05.2019     348

Şimal dənizində Norveçin “Equinor” neft-qaz şirkətinin işlətdiyi “Snorre B” neft hasilatı platformasında yanğın baş verib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Norveçin cənub xilasetmə xidmətlərinin əlaqələndirmə mərkəzindən verilən məlumata görə, platformadan alov və tüstü çıxmağa başlayanda işlər dayandırılıb: “Görünür, vəziyyəti nəzarətə almaq mümkün olur”.

“Reuters” “Equinor” şirkətinin nümayəndəsinə istinadən xəbər verir ki, yanğın başlayan vaxt platformada iş olmayıb, hələ mart ayında təmir üçün hasilat dayandırılıb.

Rüfət Xəlil / REDAKTOR.AZ