Sergey Lavrovla Mayk Pompeo arasında telefon danışığı olub

 23:46 01.05.2019     424

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı S.Lavrov Venesuelada müxalifətin hakimiyyəti ələ keçirməyə cəhd göstərdiyini xatırladaraq ABŞ tərəfindən bu ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu vurğulayıb.

“Ötən gün Venesuelada ABŞ-ın aşkar dəstəklədiyi müxalifətin hakimiyyəti qəsb etməyə cəhd göstərdiyi diqqət mərkəzində olub. Rusiya tərəfindən Vaşinqtonun suveren ölkənin daxili işlərinə müdaxiləsi və rəhbərliyinin hədələnməsi beynəlxalq hüququn kobudcasına pozulması kimi dəyərləndirilib”, - məlumatda qeyd olunur.

Rüfət Xəlil / REDAKTOR.AZ