Parisdə 1 may nümayişləri zamanı iğtişaşlar olub

 00:33 02.05.2019     357

Fransanın paytaxtı Parisdə keçirilən nümayişlər zamanı 3 polis xəsarət alıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, 1 May münasibətilə Fransanın bir sıra şəhərlərində keçirilən nümayişlər Parisdə iğtişaşlara çevrilib.

Prokurorluğa istinadən verilən son məlumata görə, paytaxtda asayiş keşikçiləri tərəfindən 288 nəfər saxlanılıb, 15 mindən artıq ilkin yoxlama keçirilib.

Rüfət Xəlil / REDAKTOR.AZ