Cavad Zərifdən ABŞ açıqlaması

 01:34 02.05.2019     470

ABŞ hökumətinin birtərəfli addımlarına qarşı çıxmaq lazımdır. Bu siyasət digər xalqları da təhdid etməyə başlayacaq.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

"Bir gücün iradəsinin başqa bir millət üzərində tətbiq edilməsi, gec-tez digər millətləri də təhdid etməyə başlayacaq. Bu düşmən siyasəti bütün dünyanı təsiri altına ala bilər. Bu şəkildə qanuni hökumətlərin yerini cəngəllik qanunları ilə idarə olunan hökumətlər alır", - Zərif vurğulayıb.

Rüfət Xəlil / Redaktor.az