Tiflisdə genişmiqyaslı etiraz aksiyası keçirilib

 01:49 02.05.2019     459

Gürcüstan Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə mayın 1-də paytaxt Tiflisdə hökumət binasının qarşısında genişmiqyaslı aksiya keçirilib.

Redaktor.az Azərtac-a istinadən xəbər verir ki, 1 may - Beynəlxalq Zəhmətkeşlər Gününə həsr olunmuş aksiyada təhlükəsiz iş şəraiti və əməyin layiqli qiymətləndirilməsi tələb olunub.

Birliyin sədri İrakli Petriaşvili deyib ki, aksiyanın məqsədi hökumətin diqqətini ölkədəki işsizliyə və fəhlələrin əmək problemlərinə cəlb etməkdir.