İnquş deputat qız qaçırdı

 06:38 02.05.2019     478

İnquşetiya parlamentinin deputatı qız qaçırıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb. Məlumata görə, hadisə Malqobek rayonu ərazisində baş verib. Onun qadını evlənmək məqsədiylə qaçırdığı bildirilir.

Agentlik qadın qaçıran deputatın Vahid Rusiya Partiyasının üzvü olduğunu, qaçırılan qadının isə Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çalışdığını bildirib. Bununla belə şəxslərdən heç birinin adı agentlik tərəfindən açıqlanmayıb.

Artıq qalmaqala səbəb olan deputatın cəzalandırıldığı da vurğulanıb. 

Rüfət Xəlil / REDAKTOR.AZ