Tereza Mey deputatlardan dəstək istədi

 07:48 02.05.2019     373

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqını oktyabrın 31-dən daha tez tərk edə biləcəyini söyləyib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, Mey bildirib ki, əgər deputatlar Avropa İttifaqı ilə əldə olunan sazişi dəstəkləsələr, ayrılma daha tez reallaşar. Baş nazir deputatları İngiltərənin ən qısa müddətdə Avropa İttifaqının xaricində qalması üçün müqaviləni dəstəkləməyə çağırıb.

Rüfət Xəlil / Redaktor.az