Fransada siyasi sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayı artıb

 10:32 02.05.2019     302

“Fransa Gürcüstana sərbəst viza rejiminin tətbiqini dəstəkləyib. Bizim məqsədimiz Gürcüstan vətəndaşlarının Avropa İttifaqına vizasız səyahətini təmin etmək idi. Amma Fransada siyasi sığınacaq tələb edən gürcülərin sayı artıb. Bu çox təəccüblüdür və Gürcüstanın indiki vəziyyəti ilə uyğunluğu yoxdur”.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bunu Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları siyasi manipulyasiyaların qurbanı olurlar: "Onlar sığınacağın nə cür çətinliklər yaradacağının fərqində deyillər. Bu, qəbuledilən deyil, müvafiq tədbirlər görüləcək və onlar deportasiya ilə üzləşəcəklər".

Səfir hökumətlərin bu məsələ üzərində işləməli olduğunu, Fransa daxili işlər nazirinin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini deyib.