Hərbi çevriliş planını Bolton idarə edib - Venesuela prezidenti

 11:36 02.05.2019     499

“Venesuelada hərbi çevrilişə cəhd planını birbaşa ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton idarə edib”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro belə bəyanatla çıxış edib. Onun sözlərinə görə, Vaşinqton hərbi çevrilişi həyata keçirmək üçün Çili, Braziliya və Argentinadan dəstək istəyib.

Maduro yaxın günlərdə bununla bağlı sübutlar açıqlayacağını qeyd edib.

Anar Türkeş / Redaktor.az