Hindistanda TƏHLÜKƏ: 800 min insan təxliyə edilir

 12:15 02.05.2019     522

Hindistanın şərq sahillərində məskunlaşan 800 min sakinin təxliyəsinə başlanılıb.

Redaktor.az Röyters agentliyinə istinadən xəbər verir ki, irimiqyaslı təxliyə bölgəni gözləyən qasırğa təhlükəsi ilə əlaqədardır.

Yaxın 24 saat ərzində ölkənin şərq sahillərinə Fani qasırğasının yaxınlaşması gözlənilir. Küləyin sürətinin saatda 200 km-ə çatacağı proqnozlaşdırılır. Təxliyə işləri qatar, avtobus və yük maşınları ilə həyata keçirilir.

Anar Türkeş / Redaktor.az