İstanbuldakı bələdiyyə seçkiləri ilə bağlı araşdırmlar başladı

 13:50 02.05.2019     437

İstanbulun 3 rayonunda - Maltəpə, Kadıköy və Ataşəhərdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı araşdırmalar başlayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf partiyası seçkilərdə ciddi qanun pozuntularına yol verildiyinə dair Seçki Komissiyasının yerli şöbəsinə şikayət edib.

Dəlilləri nəzərə alan qurum, 32 məsələ üzrə araşdırmalara başlayıb. Seçki vaxtı məntəqələrdə olan 100-dən çox nümayəndə ifadəyə çağrılıb.

Qeyd edək ki, Maltəpə, Kadıköy və Ataşəhərdə CHP qələbə qazanıb.

Anar Türkeş / Redaktor.az