Super güclər qarşı-qarşıya: ABŞ-ın 20 cəsusu öldürüldü

 18:08 02.05.2019     455

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Cerri Çun Şinq Li Çin üçün cəsusluq etdiyini etiraf edib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Li 2007-ci ildə idarədən ayrılandan sonra Pekin üçün işləməyə başlayıb. Ona ABŞ-ın cəsus şəbəkəsini ifşa etmək tapşırığı verilib. Li, 3 il ərzində qarşıya qoyulan tapşırığın öhdəsindən gəlib.

ABŞ-ın 20 cəsusu naməlum qüvvələr tərəfindən öldürülüb. Məlumata görə, bu Vaşinqtonun son illərdə aldığı ən böyük zərbələrdən olub. ABŞ vətəndaşı Liyə fəaliyyəti qarşılığında təhlükəsizlik zəmanəti və pul mükafatı vəd edilib. Federal Təhqiqatlar Bürosunun araşdırması nəticəsində cəsus 2012-ci ildə ifşa edilib.

Anar Türkeş / Redaktor.az