Senator Maykl Bennet ABŞ Prezidentliyinə namizəd olacaq

 19:48 02.05.2019     402

Kolorado ştatından olan senator, Demokratlar Partiyasının üzvü Maykl Bennet 2020-ci ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq.

Redaktor.az "Russia Today" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bennet CBS telekanalına açıqlamasında bildirib.

"Qalib gəlmək şansımın olduğunu düşünməsəydim, bunu etməzdim”, - M.Bennet vurğulayıb. O, əsas məqsədinin ölkədəki iqtisadi vəziyyətin yaxşılaşdırılması və hökumətə inamın qaytarılması olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

Rüfət Xəlil / Redaktor.az