Venesuela Prezidenti orduya çağırış etdi

 20:19 02.05.2019     436

Venesuela prezidenti Nikolas Maduro ordunu dövlət çevrilişinə yönələn istənilən cəhdin qarşısını almağa çağırıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu barədə televiziyaların canlı efirindən hərbçilərə müraciət edib.

“Bəli, döyüşümüzün ən qızğın çağındayıq. Xainləri, qanuni hakimiyyətə qarşı çıxanları tamamilə zərərsizləşdirmək üçün döyüş ruhumuzu yüksək səviyyədə saxlamalıyıq”, - N.Maduro deyib.

Rüfət Xəlil / REDAKTOR.AZ