Kiprli nazir silsilə qətllərə görə istefa verdi

 20:36 02.05.2019     439

Kiprin ədliyyə və ictimai asayiş naziri Yonas Nikolau ölkədə silsilə qətllərlə bağlı başlayan qalmaqala görə istefa verib.

Redaktor.az "Russia Today" agentliyinə istinadla xəbər verir ki, Yonas Nikolau istefa ərizəsini dövlət başçısı Nikos Anastasiadisə təqdim edib və onun istefası qəbul olunub.

Kipr polisi ötən ay adada qətlə yetirilmiş dörd qadının cəsədini aşkarlayıb. Hadisədə şübhəli bilinərək saxlanılan 35 yaşlı hərbçi son üç ildə törətdiyi yeddi qətli etiraf edib. Daha beş qurbanın cəsədi hələlik tapılmayıb.

Qətlə yetirilən şəxslərin yaxınları hüquq-mühafizə orqanlarının qadınların itkin düşməsi ilə bağlı ərizələri qəbul etmədiklərini və lazımi şəkildə təhqiqat aparmadıqlarını bildiriblər. Bu hadisə böyük qalmaqala səbəb olub və hakimiyyət orqanları ictimai qınağa məruz qalıb.

Rüfət Xəlil / REDAKTOR.AZ