Ukrayna Donbasa əcnəbi snayperlər göndərdi

 20:52 02.05.2019     440

Ukrayna Silahlı Qüvvələrinin Donbasda təmas xəttindəki mövqelərinə xarici snayperlər yerləşdirilib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qondarma Luqansk Xalq Respublikası milis idarəsinin mətbuat xidmətinin zabiti İvan Filiponenko açıqlama verib.

Bundan başqa bölgədəki qüvvələrin komandanlığına mina xəritələrinin tərtib edilməsi üzrə mütəxəssislər də gətirilib. Xaricilərin Gürcüstan və Litvadan gəldiyi bildirilib.

Rüfət Xəlil / REDAKTOR.AZ