Ukraynada 57 hərbçi xəstəxanaya yerləşdirildi

 02:45 03.05.2019     422

Ukraynanın Hərbi Prokurorluğu Lvovda yerləşən hərbi hissələrdən birində Milli Qvardiya əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlayıb.

Bu barədə Redaktor.az Ukrayna mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, ilk zərərçəkənlər Pasxa bayramının qeyd edilməsindən dərhal sonra xəstəxanalara müraciət ediblər. Hazırda Milli Qvardiyanın 57 hərbi qulluqçusu xəstəxanaya yerləşdirilib.

Həkimlər zəhərlənmənin səbəbini hələ müəyyənləşdirə bilməyiblər. 

Rüfət Xəlil / Redaktor.az