Ötən il ABŞ tərəfindən ölkə xaricindəki hərbi əməliyyatlarda 120 dinc sakin öldürülüb

 08:49 03.05.2019     403

2018-ci ildə ABŞ tərəfindən İraq, Suriya, Əfqanıstan, Somalidə keçirilən hərbi əməliyyatlar zamanı azı 120 dinc sakin öldürülüb.

Redaktor.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun illik məruzəsində bildirilir.

Məruzəyə əsasən İraq və Suriyada 42, Əfqanıstanda 76, Somalidə isə 2 mülki şəxs həlak olub. Sənəddə həmçinin Liviya və Yəməndə mülki əhali arasında ölənlərin olub-olmamasına dair dəqiq məlumatların olmadığı qeyd edilib.

“ABŞ Müdafiə Nazirliyinin bütün əməliyyatları qanun çərçivəsində, o cümlədən mülki əhalinin müharibə dövründə qorunması prinsipləri əsasında keçirilib”, - məruzədə vurğulanır.

Rüfət Xəlil / Redaktor.az