Yaponiya əhalisinin 82%-i yeni imperatoru dəstəkləyib

 09:31 03.05.2019     402

Yaponiyada aparılmış sorğuya əsasən, ölkənin 74% əhalisi imperatorun simvolik rolunu dəstəkləyir.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” yerli KİV-ə istinadən məlumat yayıb.

Sorğuda bildirilir ki, yaponların daha 7%-i monarxiya sisteminin ləğv edilməli, 4%-i isə əksinə, imperatorun dövlət işlərində rolunun gücləndirilməli olduğunu düşünür.

“Kyodo” agentliyinin keçirdiyi sorğuya görə, Yaponiya əhalisinin 82%-i taxta yenicə çıxmış 59 yaşlı Naruhitonun imperatorluğuna müsbət yanaşır.