Dəhşətli hesabat YAYIMLANDI: 20 500 hərbçi təcavüzə məruz qalıb

 15:16 03.05.2019     625

ABŞ-ın Müdafiə Nazirliyi 2018-ci ildə orduda cinsi təcavüz hallarına dair hesabat yayımlayıb.

Redaktor.az xəbər verir ki, hesabatda 20 min 500 hərbçinin cinsi təcavüzə məruz qaldığı qeyd olunub. Bu göstərici əvvəlki illərlə müqayisədə 38 faiz çoxdur. Məlumata görə, cinsi təcavüz hallarının cəmi 6 min 53-ü barədə rəsmi şikayət edilib.

Hesabat hərbçilərin gizli ifadələri əsasında hazırlanıb.

Anar Türkeş / Redaktor.az