ABŞ Assanjın ekstradisiyası üçün müraciət etdi

 13:23 03.05.2019     384

ABŞ “Vikiliks” portalının rəhbəri Culian Assanjın ekstradisiyası üçün London məhkəməsinə müraciət edib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, Assanj isə bu tələbə qarşı çıxıb:

“Ekstradisiya olunmaq istəmirəm. Mən bir sıra mükafatların sahibiyəm. Bir çox insanı müdafiə edən jurnalistəm”.

Xatırladaq ki, adı təcavüz qalmaqallarında hallanan Assanj həbs olunmamaq üçün Ekvadorun Londondakı səfirliyinı sığınmışdə. 6 ildən sonra Ekvador ona sığınacaq verməyi rədd etdi. İki gün əvvəl London məhkəməsi Assanjı üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə 50 həftə həbs edib. İndi isə portal təsisçisi kiber hücumlar təşkil etməkdə ittiham edilir.

Qeyd edək ki, 2010-cu ildə Assanj ABŞ dövlətinə məxsus gizli sənədləri yayıb. Onların arasında 2007-ci ildə amerikalı hərbçilərin çoxlu sayda jurnalisti qətlə yetirməsinə dair sənədlər də var.

Anar Türkeş / Redaktor.az