HƏYƏCAN: İran ordusu döyüş vəziyyətinə gətirilir - "Hücumlara hazır olun"

 11:44 03.05.2019     2443

“İranlıların hamısı döyüş mövqeyini almalıdır”.

Redaktor.az Mehr agentliyinə istinadən xəbər verir ki, İranın ali dini lideri Əli Xamenei belə çağırış edib. O bildirib ki, düşmənlər döyüş mövqeyində olmadıqlarını nümayiş etdirsələr də, reallıq fərqlidir. Xameneinin sözlərinə görə, hərbçilər iqtisadi, siyasi və kəşfiyyat sahələrinə təsir göstərməyə çalışan hücumlara qarşı hazır vəziyyətdə olmalıdır:

“ABŞ və İsrail bütün sahələrdə planlar qurub addımlar atır. İran xalqı düşmənlərin mövqeyinə uyğun olaraq, döyüş vəziyyəti almaldır”.

Ordu komandanı Əbdurrahim Musəvi də hərbçilərin mütəmadi təlimlər keçməsini tələb edib. Ölkənin təhdid altında olduğunu deyən komandan bildirib ki, bütün hərbi qüvvələr  gecə hücumlarına qarşı məşqlər etməlidir.

Anar Türkeş / Redaktor.az