Venesuelada SON VƏZİYYƏT - Aksiyalar səngiyib

 12:19 03.05.2019     367

Venesuelada hərbi çevrilişə cəhdin qarşı alındıqdan sonra ölkədə nisbi sakitlikdir.

Redaktor.az “Trthaber”ə istinadən xəbər verir ki, hazırda etiraz aksiyaları səngiyib. Üsyanın başlandığı  “La Karlot” hərbi hava bazasında dağılmış obyektlər bərpa edilir. 

Qeyd edək ki, qərb ölkələri tərəfindən prezident kimi qəbul edilən müxalif lider Xuan Quaydo sabah xalqı küçələrə çıxmağa çağırıb.

Anar Türkeş / Redaktor.az