Türkiyədən acı xəbər gəldi - Çox sayda ölən və itkin düşən var

 17:45 03.05.2019     491

Türkiyənin Balıkəsir vilayəti sahillərində mühacirləri daşıyan gəminin batması nəticəsində 8 qaçqın həyatını itirib. Ölənlərdən 5-i uşaq, 3-ü qadındır. 5 nəfər xilas edilib, 4 nəfər isə itkin düşüb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, onların tapılması üçün çox sayda xilasedici cəlb edilib.

Axtarış işlərinə 2 qayıq və bir helikopter dəstək verir.

Anar Türkeş / Redaktor.az