İstanbulda Türkiyənin ən böyük məscidi açıldı

 20:42 03.05.2019     453

İstanbulda  Böyük Çamlıca məscidinin açılışı baş tutub.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, Türkiyədə ən böyük məscid hesab olunur.

Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məscidin hündürlüyü 72 metrdir. Burada muzey və kitabxana da fəaliyyət göstərəcək.

Rüfət Xəlil / Redaktor.az