Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub

 21:59 03.05.2019     376

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, liderlərin söhbəti bir saat yarım davam edib.

Öz növbəsində Ağ Ev sözçüsü Sara Sanders isə dövlət başçılarının KXDR və Venesueladakı situasiyanı, Rusiya, Çin və ABŞ arasında yeni nüvə razılaşmasının mümkünlüyünü, habelə Müllerin hesabatını müzakirə etdiyini bildirib.

Rüfət Xəlil / Redaktor.az