"Biz bu tələyə düşməyəcəyik" - Ərdoğan Avropa Birliyinə səsləndi

 01:49 04.05.2019     405

Türkiyə iynə ilə quyu qazmaq dövrünü geridə qoydu və indi qanadlanıb uçmağa hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnnovasiya həftəsi ilə bağlı təşkil edilən mərasimlərdən birində çıxışı zamanı deyib.

“Bizi öz daxilimizə qapanmağa təhrik edirlər. Amma biz bu tələyə düşməyəcəyik. Hər sahədə ölkəmizi zirvələrə qaldıracağıq. Bu gün Avropa Birliyi  ölkələri dinc şəraitdə yaşamalarını Türkiyənin 4 milyon miqrantı öz ərazisində qonaq etməsinə borcludur”, - deyə dövlət başçısı qeyd edib.

Rüfət Xəlil / Redaktor.az