İsrail Qəzzanı bombaladı - 2 ölü

 02:04 04.05.2019     449

İsrail qüvvələrinin cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna endirdiyi hava zərbələri nəticəsində iki fələstinli ölüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən AFP agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, havadan zərbə pilotsuz uçan aparatlarla HƏMAS hərəkatının mövqelərinə endirilib. Hərəkatın daha 3 tərəfdarı yaralanıb.

Rüfət Xəlil / Redaktor.az