Kraldan tarixi əfv - Onminlərlə məhbus azadlığa çıxacaq

 03:38 04.05.2019     435

Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) mayın 4-6-da keçiriləcək tacqoyma mərasimi ilə əlaqədar onminlərlə məhbusu əfv edib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq fərman aprelin 21-də imzalanıb.

Əfv edilən məhbusların arasında hazırda fəaliyyət göstərməyən “Demokratiya uğrunda xalq alyansı” partiyasının liderləri də var. Onların hər biri fevralın 13-də 8 ay həbs cəzasına məhkum edilmişdi.  Kralın əfvi müxtəlif kiçik qanun pozuntularına yol verən insanlara şamil olunacaq. Həmçinin cəzaçəkmə müəssisələrində özünü nümunəvi aparanların cəzaları yüngülləşdiriləcək.

Rüfət Xəlil / Redaktor.az