Efiopiyada tayfalararası qarşıdurma - 80 yaralı

 05:36 04.05.2019     370

Efiopiyanın şimal-qərbində artıq bir neçə gündür davam edən tayfalararası toqquşmalar nəticəsində çox sayda insan həyatını itirib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qanlı olaylar Cavi yaşayş məntəqəsində baş verib. Tayfa üzvləri naməlum silahlı şəxslərin hücumlarına məruz qalıblar. Toqquşmalar nəticəsində 80-dən çox adamın yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları insidentin səbəbinin tayfalar arasında torpaq mübahisəsi olduğunu qeyd edib.

Rüfət Xəlil / Redaktor.az