Tramp Rusiya ilə əlaqələri düzəltməyə hazırlaşır

 01:53 14.05.2019     270

ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələrdən danışıb.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, Tramp yaxın prespektivdə ABŞ-Rusiya münasibətlərinin düzələcəyinə işarə verib.

"Heç kim, heç vaxt Rusiyaya qarşı bu dərəcədə qəddar olmayıb. Buna baxmayaraq, biz əlaqələrimizi qaydaya salacayıq. Çünki bunun böyük əhəmiyyəti var",- deyə Tramp bəyan edib.

Rüfət Xəlil / Redaktor.az