İŞİD Hindistana girməyə çalışır - Əsas hədəf Kəşmir bölgəsidir

 03:31 14.05.2019     340

İŞİD terror təşkilatı Hindistanda mövqelərini möhkəmləndirməyə çalışır.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Məlumata görə, İŞİD silahlıları mübahisəli Kəşmir bölgəsində yerləşməyə cəhd edirlər.

Qeyd edək ki, silahlı qruplaşma 2016-cı ildən Hindistana girməyə çalışır.

Rüfət Xəlil / Redaktor.az