"Nə isə baş versə, bu İran üçün çox böyük problem olacaq" - Donald Tramp İranı hədələdi

 08:59 14.05.2019     409

ABŞ Prezidenti Donald Tramp İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb.

Redaktor.az KP-yə istinadən xəbər verir ki, Tramp rəsmi Tehranı birbaşa təhdid edib.

"Nə isə baş versə, bu İran üçün çox böyük problem olacaq. Onlar xoşbəxt olmayacaqlar",- deyə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib.

Rüfət Xəlil / Redaktor.az