Pakistanda partlayış nəticəsində 4 polis həlak olub

 08:27 14.05.2019     245

Pakistanın qərbindəki Kvetta şəhərindəki bazarda baş verən partlayış nəticəsində 4 polis həlak olub, 9 nəfər yaralanıb.

Redaktor.az Azərtac-a istinadla xəbər verir ki, yaralananlardan ikisi də polisdir.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.