Meksikada təyyarə qəzaya uğrayıb

 07:26 14.05.2019     324

Mayın 13-də Meksikanın cənub-şərqində Kintana-Roo şəhərində "Cessna" markalı təyyarə qəzaya uğrayıb.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, təyyarədə olan iki nəfər dünyasını dəyişib.

Təyyarə, Playa del Karmen şəhərindən Karmen şəhəri istiqamətində uçurdu. Lakin qalxandan az sonra Oton Blanko bələdiyyəsi yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb uçuş zamanı yaranmış nasazlıq olub.

Kintana-Roo şəhər prokurorluğu araşdırma aparır.