Xamenei: İran ABŞ-la nüvə sazişi üzrə danışıqlar aparmayacaq

 00:24 14.05.2019     232

İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib ki, Tehran ABŞ-la nüvə silahı ilə bağlı danışıqlar aparmayacaq.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

"İranın ali dini lideri Xamenei bildirib ki, İran nüvə silahı ilə bağlı ABŞ-la danışıqlar aparmayacaq", - deyə telekanalın "Twitter" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.