ABŞ İraqdakı səfirliyini boşaldır

  21:11 15.05.2019         10

ABŞ İraqdakı səfirliyini boşaldır.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin internet səhifəsində məlumat verilib.

ABŞ Dövlət Departamenti Bağdaddakı səfirlikdə və Ərbil şəhərindəki ABŞ konsulluğunda vacib vəzifələri icra etməyən bütün işçilərə ölkəni tərk etmək barədə təlimat verib.

Səfirlikdə və konsulluqda viza xidmətləri müvəqqəti olaraq dayandırılıb.