Rusiya hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozdu - Adada insident

 23:56 20.05.2019     365

Estoniya Havadan Müdafiə Qüvvələri Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham ediblər.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, insident 18 may tarixində Estoniyaya məxsus Vayndlu adası yaxınlığında qeydə alınıb.

Xəbərdə bildirilir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə  aid olan "TU-154" təyyarəsi icazəsiz olaraq Estoniyanın hava sərhədlərini pozub. Təyyarə Estoniya ərazisində bir dəqiqə keçirib.

Hadisə ilə əlaqədar olaraq, Rusiyanın Estoniyadakı səfiri Aleksandr Pertova etiraz notası göndərilib.

Rüfət Xəlil / Redaktor.az