Moskvadakı biznes mərkəzində yanğın baş verib

 14:37 21.05.2019     295

Moskvadakı “Kutuzov Tower” biznes mərkəzində yanğın baş verib.

Redaktor.az Tass agentliyinə istinadən xəbər verir ki, yanğın 20-ci mərtəbədəki kondisionerdən qaynaqlanıb. Lakin alov əhatəsini genişləndirmədən söndürülüb. Ölən və yaralanan olmayıb.

Hər ehtimala qarşı 700 nəfər təxliyə olunub.

Anar Türkeş / Redaktor.az